26 C
Baku
Saturday, July 27, 2024

Rusiyada TOEFL imtahanlarının keçirilməsi dayandırılır

Rusiya və Belarusda TOEFL (Test of English as a Foreign Language) imtahanları dayandırılıb. Qərar Ukraynadakı vəziyyətlə əlaqədar qəbul edilib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“ETS Rusiya və Belarusda sınaqları dayandırır. Biz suveren Ukraynaya təcavüzün dayandırılması ilə bağlı artan çağırışları qətiyyətlə dəstəkləyirik. Biz bütün tələbələri təhsil səyahətlərində dəstəkləməyə sadiqik və ümid edirik ki, sülh mümkün qədər tez bərqərar olacaq”, – mesajda bildirilib.

Qeyd olunduğu kimi, bütün test iştirakçılarına ləğv barədə bu həftə məlumat verilib. Onlara sınaq üçün yeni tarix, vaxt və yer seçmək üçün yeni link təqdim olunub.

Xatırladaq ki, bundan əvvəl bir çox xarici şirkət Rusiya ilə əməkdaşlığını dayandırıb.

Son xəbərlər
Digər xəbərlər