Rusiyanın cənub və mərkəzi hissəsində yerləşən bir sıra hava limanlarında uçuşlara qoyulan məhdudiyyət rejimi dekabrın 9-nadək uzadılıb.
Bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb.
Məlumata görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanları qapalı olaraq qalacaq.
Xatırladaq ki, Rosaviasiya fevralın 24-ü, Ukraynada hərbi əməliyyata başladığı gün sözügedən hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edib.