-1 C
Baku
Sunday, December 15, 2024

Rusiyada vergidən yayınan hava yolları şirkəti ifşa edilib

Rusiya Federasiyasının Təhqiqat Komitəsinin məlumatına görə, ölkəyə gətirdiyi dörd özəl reaktiv təyyarə ilə beş ay ərzində qeyri-qanuni uçuşlar təşkil edən cinayətkar dəstənin üzvləri tutulub.

Keçən ilin avqust ayında Moskvadakı Domodedovo hava limanına hansı ölkəyə mənsubluğu məlum olmayan 4 lüks reaktiv təyyarə gətirilib və həmin vaxtdan təsis edilmiş yalançı şirkət tərəfindən saxta sənədlər tərtib olunub. Bu sənədlər ilə təyyarələr icarəyə götürülərək uçuşlar həyata keçirib. “Gulfstream G150”, “Embraer Legacy 650”, “Bombardier GL300” və “Gulfstream G450” tipli təyyarələr beş ay ərzində Rusiya səmasında uçuşlarla böyük məbləğdə – 10 milyon dollara yaxın pul qazanıb və dövlət qeydiyyatı olmadığı üçün heç bir vergi ödənilməyib.

Qanunsuz uçuşlar aşkar edildikdən sonra cinayətkar dəstənin üzvləri və hava limanında müxtəlif vəzifələrdə çalışan şəxslər məsuliyyətə cəlb olunub. Təyyarələrin saxlanıldığı anqar nəzarətə götürülüb. Rusiya Federasiyasının Təhqiqat Komitəsi hadisə ilə bağlı açıqlama verərək araşdırma aparıldığını bildirib.

Son xəbərlər
Digər xəbərlər