Rusiya bankları ötən il 25,83 mln. yeni kredit verib.
“Rambler News Service” agentliyinə istinadən xəbərə görə, bu barədə Rusiyanın Birləşmiş Kredit Bürosu (OKB) məlumat yayıb.
Belə ki, illik müqayisədə 2016-cı ildə verilən kreditlərin sayı 14%, həcmi isə 28% artaraq 3,25 trln. rubl və ya 54 mlrd. ABŞ dolları təşkil edib. Verilən kreditlərin orta həcmi 93 min rubldan (1 550 dollar) 9,7% artaraq 102 min rubla (1 700 dollar) çatıb. Dövr ərzində ipoteka kreditlərinin sayı 16%, həcmi isə 19% artıb. Onun orta həcmi isə 1,64 mln. rubl və ya 27 300 dollar olub. Avtokreditlərin sayı isə 10%, həcmi 25% artım göstərib. Avtokreditin orta həcmi isə 729 min və ya 12 150 dollar olub. Yeni kredit kartlarının sayı isə 5% artaraq 7,59 mln. ədəd təşkil edib.