25 C
Baku
Sunday, July 20, 2025

Rusiyada “WhatsApp”dan istifadə qadağan edilə bilər

“WhatsApp” mesenceri yaxın vaxtlarda Rusiya bazarını tərk edə bilər.

Bunu Rusiya parlamentinin informasiya texnologiyaları komitəsi sədrinin müavini Anton Qorelkin deyib.

“Çox güman ki, “WhatsApp” məhdudiyyətlərə məruz qalan qeyri-dost ölkələrin proqram təminatı siyahısına düşəcək. Düşünürəm ki, “WhatsApp”ın payına kimin iddialı olacağı hamıya aydındır – bu, milli mesencer olacaq”, – deyə A.Qorelkin vurğulayıb.

Məlumat üçün əlavə edək ki, “Meta” şirkəti Rusiyada ekstremist təşkilat kimi tanınıb, şirkətin “Facebook” və “Instagram” sosial media platformaları 2022-ci ildən bəri Rusiyada qadağan olunub.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər