Rusiyada yeni xüsusi bank yaradılacaq.
Trend-in məlumatına görə, Rusiya hökuməti dövlət müdafiə sifarişləri və iri dövlət müqavilələri üzrə əməliyyatların icrası üçün xüsusi bankın yaradılması haqqında qərar qəbul edib.
Bildirilir ki, bank bu istiqamətdə maliyyələşdirmə, hesabların aparılması və müdafiə təyinatlı istehsalat müəssisələrinin kreditləşdirilməsi məsələlərinə nəzarəti təmin edəcək.
Bölmələri də olacaq bankın yaxın günlərdə dövlətin mülkiyyətinə veriləcəyi qeyd edilir.