8 C
Baku
Thursday, December 12, 2024

Rusiyada yeni pul vahidi yaradıla bilər

Rusiyada yeni pul vahidi yaradıla bilər

Rusiya Dövlət Dumasının deputatları “indiki rubla alternativ olacaq və iqtisadi sabitliyi təmin edəcək” yeni rus valyutasının yaradılması haqda düşünməyə başlayıblar.

Bu barədə Dumanın Təhlükəsizlik və korrupsiya əleyhinə mübarizə komitəsinin üzvü Anatoli Vıbornoy bildirib.

“Bizdə tamamilə yeni, alternativ valyuta yaradıla bilər. Və ya valyutalarımızdan birini elə bir səviyyəyə qaldırmaq olar ki, o, avro və dollara rəqib olar. O zaman vətəndaşlarımızın xarici valyutaya ehtiyacı da qalmaz”, deyə deputat qeyd edib.

Lakin onun sözlərinə görə, hələlik ideya sənədləşdirilməyib və konkret təşəbbüsdən danışmaq da tezdir.

BizimYol

Son xəbərlər
Digər xəbərlər