9 C
Baku
Thursday, December 12, 2024

Rusiyada yoluxucu xəstəliklərin sayı kəskin artıb

Rusiyada 2023-cü ilin yanvarında yoluxucu xəstəliklərin sayı kəskin artıb.

Bu barədə “Rosstat”ın məlumatlarında və “Rospotrebnadzor”un hesabatlarında qeyd olunub.

Bildirilib ki, sayı artan yolxucu xəstəliklər sırasına HİV, vərəm və sifilis kimi sosial əhəmiyyətli xəstəliklər də daxildir.

Belə ki, 2022-ci ilin yanvarına qədər yeni aşkarlanmış vərəmə yoluxma halları 10% (2,9 min), HİV – 20% (+4,4 min), qonokok infeksiyası – 19% (+900 yoluxma halı) artıb. Kəskin hepatitlərin tezliyi kəskin artıb (+45%). Xüsusilə hepatit A-ya yoluxanların sayı (ayda təxminən 300 nəfər) 1,5 dəfə, hepatit C-yə yoluxanların sayı isə 42% (ayda təxminən 100 nəfər) artıb. Hepatit B-yə yoluxma halları isə 11% artıb. Rusiyada ən azı 2,6 min nəfər sifilis xəstəliyinə tutulub ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə 71% çoxdur.

Virus İnfeksiyaların Qarşısının Alınması və Müalicəsi üzrə Milli Araşdırmalar Mərkəzinin direktoru Georgi Vikulov “Medvestnik”ə açıqlamasında qeyd edib ki, bu vəziyyətin səbəbləri fərqli ola bilər. “Sifilis və hepatit hallarının artması, məsələn, həkimlərin hesabatla bağlı tələblərinin və bu cür xəstələr haqqında məlumatların vaxtında təqdim edilməsi tələblərinin sərtləşməsi ilə əlaqədar ola bilər. COVID-19 pandemiyasının nəticələri də təsir edə bilər. Nəhayət, hərbi əməliyyatlar müəyyən xəstəliklərin sayının artmasına təsir göstərə bilər. Hərbi əməliyyatlarda bağırsaq infeksiyalarının tezliyi artır və bizdə yalnız hepatit A ola biləcək çoxlu sayda xəstəxanaya yerləşdirilən xüsusi hərbi əməliyyatın iştirakçıları var”, deyə Vikulov infeksiyanın yayılmasının çox vaxt təbii fəlakətlər və hərbi əməliyyatlar zamanı baş verdiyini əlavə edib.

Son xəbərlər
Digər xəbərlər