21 C
Baku
Saturday, September 28, 2024

Rusiyada yoxsulluğun səviyyəsi artır

Dünya Bankı bildirir ki, 3.1 milyon rusiyalı yoxsulluq həddindən aşağı yaşamağa başlayıb. Səbəb ölkə iqtisadiyyatının neftin ucuzlaşmasından və beynəlxalq sanksiyalardan əziyyət çəkməsidir.

Aprelin 6-da yayılan hesabatda bildirilir ki, ötən il ÜDM 3.7 faiz azalıb, bu il daha 1.1 faiz düşəcəyi gözlənilir. Bankın dəyərləndirməsinə görə, yoxsulluğun davamlı artması iqtisadi göstəriciləri 2007-ci il səviyyəsinə qaytaracaq.

Bu təhlil Rusiya iqtisadiyyatının son 2 ildəki çırpıntılarını üzə çıxaran son təhlildir.

-Azadlıq.org

Son xəbərlər
Digər xəbərlər