25 C
Baku
Friday, June 14, 2024

Rusiyadakı “McDonald’s”ın yeni sahibi daha bir şirkəti alır – “Reuters”

Rusiyanı tərk edən “McDonald’s” restoranlar şəbəkəsinin yeni sahibi Aleksandr Qovor başqa bir Qərb şirkətinin Rusiyadakı aktivləri üçün 151 milyon avro təklif edib. Bu, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qab-qacaq və qablaşdırma istehsalçısı olan “Huhtamaki” şirkətidir.

“Reuters” sənədlərə və sövdələşməyə yaxın mənbəyə istinadən iddia edir ki, Qovor Qərbin sanksiyalarına məruz qalan “Sberbank”dan götürdüyü kreditlə “Huhtamaki”nin Rusiyadakı biznesini satın almağa hazırlaşır. Borc vəsaitlərinin Kiprdə qeydiyyatdan keçmiş “Espentina Limited” şirkətinə Qovorun “Club-Hotel” şirkəti vasitəsilə köçürülməsi planlaşdırılır.

Qovor və Kuşnerov agentliyin sorğusuna cavab verməyiblər. “Huhtamaki” də məlumatı şərh etməyib və “Club Hotel” Finlandiya holdinqi ilə sövdələşməyə və təklif olunan məbləğin 151 milyon avroya artırılmasına hazır olduğunu açıqlayıb.

  • Potensial sövdələşmə Qovorun xarici şirkətlərin Rusiyanın qida xidmətləri bazarından çıxmasının əsas benefisiarlarından biri kimi statusunu möhkəmləndirəcək, “Reuters” qeyd edir.
  • “Huhtamaki” aprelin ortalarından etibarən Rusiyada fəaliyyətini dayandırmaq qərarına gəlib. Rusiya bazarı onun bütün satışlarının təxminən 3%-ni təşkil edir. Şirkətin ölkədə 4 müəssisəsi var və burada 700-ə yaxın işçi çalışır.
Son xəbərlər
 ⁠
Digər xəbərlər