-1 C
Baku
Sunday, December 15, 2024

Rusiyadan 225 kq qızıl çıxarmağa cəhd edən Ermənistan vətəndaşları həbs edilib

Moskvanın Solntsevski Məhkəməsi sentyabrın 11-dək Ermənistanın işsiz vətəndaşları Artak Ayvazyan, Karen Darbinyan və Arman Arutyunyanı həbs edib. Onlar paytaxtın Vnukovo hava limanında Rusiyadan BƏƏ-yə 800 milyon rubl dəyərində 1 kq və 12 kq külçələrdə 225 kq qızıl keçirməyə cəhd edərkən saxlanılıblar. Təqsirləndirilən şəxslərin müdafiəsi cinayət işinin gömrük tərəfindən qanunsuz başlandığını hesab edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qızıl külçələrin ixracına cəhd faktı üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci (qabaqcadan razılaşma yolu ilə bir qrup şəxsin tərkibində strateji əhəmiyyətli malların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edilir ki, 225 kq qızıl təxminən 800 milyon rubl dəyərindədir.

Aeroportun gediş zalında insanların hərəkətini monitorlarda izləyən gömrük işçiləri üç sərnişinə diqqət ediblər: onlar ağır çamadanları nəzərəçarpacaq səylə sürürdülər. Hər üçü Moskvadan İrəvana uçan təyyarənin uçuş qapısına doğru gedirmiş. Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan vətəndaşları öz imtiyazlarından istifadə edərək, gömrük nəzarətindən təhlükəsiz keçərək gediş zalında dayanıblar. Onlar BƏƏ-yə uçmağa hazırlaşırdılar.

Yoxlama zamanı gömrük işçiləri BƏƏ-yə uçan şəxslərin çamadanlarından bəyan olunmayan və gömrük rüsumu təyin edilməyən ümumilikdə 71 ədəd qızıl külçə – aşkar ediblər.

Nəticədə, vəziyyətin aydınlaşdırılması üçün İrəvan sakinləri Ayvazyan, Darbinyan və Arutyunyan, habelə onların rusiyalı şərikləri saxlanılıblar. Külçələrin üzərində, gömrük qaydasına uyğun olaraq, metalın keyfiyyətini təsdiqləyən seriya nömrələri və nişanlar olub.

Hazırda bu işin materiallarının əlavə araşdırma üçün kimə veriləcəyi məsələsi həll edilir.

Son xəbərlər
Digər xəbərlər