12 C
Baku
Tuesday, May 7, 2024

Rusiyadan ABŞ-a növbəti xəbərdarlıq

“ABŞ-ın hərəkətləri səbəbindən Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi ilə bağlı durum getdikcə mürəkkəbləşir”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton nüvə sınağı keçirmək qərarına gələrsə, Rusiya adekvat cavab verəcək: “Rusiya baş verənlərə biganə qala bilməz. Qlobal strateji paritetin məhv edilə biləcəyi ilə bağlı təhlükəli illüziyalar kimsədə olmamalıdır”.

Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 10-da BMT Baş Assambleyasının 50-ci sessiyası tərəfindən qəbul edilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər