Dövlət Toxum Fondu tərəfindən 2021-ci ildə ölkəyə Rusiyanın Krasnodar vilayətindən yüksək məhsuldarlığa malik, quraqlığa və xəstəliyə davamlı 80 ton “Qrom”, 100 ton “Tanya” və 160 ton “Alekseiç” sortları olmaqla ümumilikdə 340 ton elit buğda toxumu idxal olunub.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Fermer və təssərüfat sahibləri tərəfindən alınan “Qrom”, “Tanya” və “Alekseiç” buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib.