11 C
Baku
Monday, November 25, 2024

Rusiyadan alınmış qiymətli kağızların satışı qadağan edilib

Rusiya Bankı (Mərkəzi Bank) xarici ölkə vətəndaşlarının daxili bazardan aldıqları qiymətli kağızların satışını qadağan edib.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına – broker xidməti göstərən şirkətlərə göstəriş verilib və onlar xarici fiziki və hüquqi şəxs olan müştərilərinin aktivlərinin satışı üzrə sifarişlərin icrasını dayandıracaqlar. Amma qərar bu günə qədər bağlanmış əqdlərə aid edilmir. Brokerlər təlimatı aldıqları andan 5 iş günü ərzində əməliyyatların dayandırılması haqqında Rusiya Bankına hesabat göndərəcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər