13 C
Baku
Saturday, November 23, 2024

Rusiyadan Avropaya qaz ixracı azalıb

Cari ilin ilk rübündə Qazpromun Avropa İttifaqı və Türkiyəyə ixracı ciddi şəkildə azalıb.

Şirkət bildirir ki, hesabat dövründə MDB-dən kənara 50 milyard kub metr qaz ixrac olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,9% azdır. Bununla belə, şirkət müqavilələrdə nəzərdə tutulmuş bütün öhdəliklərini yerinə yetirib.

Qaz hasilatı ilə bağlı da azalma mövcuddur. Hesabat dövründə şirkət 175,4 milyard kub metr qaz hasil edib ki, bu da illik əsasda 2,5% geriləmə deməkdir. Daxili bazara satışların 3,7% azalması fevralın isti keçməsi ilə izah edilir.

Ukrayna münaqişəsinə rəğmən Avropa rus qazı üçün əsas bazardır. Köhnə qitənin ölkələrinin Rusiya qazından asılılığı 25%-lə 100% arasında dəyişir. “Qazprom”un gəlirinin artması qazın bahalaşmasından irəli gəlir.

Son xəbərlər
Digər xəbərlər