13 C
Baku
Sunday, November 27, 2022

Rusiyadan Azərbaycana özəl biznes jetləri ilə uçuşlar bahalaşıb

Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra bu ölkənin vətəndaşlarının digər ölkələrə axın etmək üçün özəl biznes jetlərinə də tələbatı artıb ki, bu da onlarla uçuşların bahalaşması ilə nəticələnib.

Hazırda rusiyalılar əsasən Azərbaycan, Türkiyə və Ermənistana üz tutur və şəxsi təyyarələrdəki hər oturacağa görə 22-27 min avro ödəyir. 8 nəfərlik biznes təyyarələrinin icarə qiymətləri isə 89-156 min avro arasında dəyişir ki, bu da adi hallardakı qiymətlərdən dəfələrlə yüksəkdir.

“Əvvəllər gündə 50 sifariş alırdıqsa, indi bu rəqəm 5 000-ə yaxındır. Hamı üçün də yer tapa bilmirik”, – deyə “Your Charter” broker şirkətinin direktoru Yevgeni Bikov qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X