Rusiyadan Azərbaycana qarabaşaq satışı dayanıb – Bazarda qiymətlər aybaay artır

Koronavirus səbəbindən yeyinti məhsullarını ehtiyat anbarlarına yönəltmiş bir çox ölkələr xaricə satdıqları məhsullar üzrə məhdudiyyətlər tətbiq etməyə başlamışdır. Bununla bağlı Bloomberg agentliyi də məlumat verərək, ölkələrarası ticarət əlaqələrindəki yeni formatdan, sərhədlərə məhdudiyyətləri nəzərə alaraq bu addımı atmışlar.

Bunlardan biri də, Rusiya Federasiyasından (cüzi hissəsi isə Almaniyadan) gətirilən qarabaşaqdır. Azərbaycan 2020-ci ilin ilk rübünə qədər 3.22 ton həcmində, 3 min dollar həcmində qarabaşaq idxal edib. Həmin tarixdən sonra Azərbaycana qarabaşaqın idxalı az qala tam dayanıb. Son 6 ay ərzində (aprel-sentyabr) ölkəmizə cəmi 0.31 ton (0.92 min dollar) bu məhsul gətirilib.

Yəni, cəm olaraq 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəyə 3.27 ton olmaqla 3.14 min dollar həcmində qarabaşaq idxal edilib. Bildirməliyik ki, ötən ilin ilk 9 ayı ərzində RF-dən Azərbaycana 519.04 ton, 213.73 min dollar həcmində qarabaşaq idxal edilmişdi. Bu barədə Statistika Komitəsi məlumat verir.

Göründüyü kimi ötən ilki rəqəmlər cari ildəkindən 147 dəfə çoxdur.

Bununla belə idxal edilmiş qarabaşaqın hər kiloqramı ölkəmizə 0.41 dollara başa gəldiyi halda, bu rəqəm bu il 1.11 dollara qədər bahalaşmışdır.

Bu bahalaşma öz növbəsində ölkənin istehlakçı qiymət indekslərində də göstərməkdədir. İlin əvvəli ilə müqayisədə 1 noyabrda 23% artım dinamikası müşahidə edilir. Bazardakı mənbələr Banker.az-a bildirir ki, idxal hesabına bazarı təmin edən bu qidanın qiyməti ilin əvvəlində 1.89 manat/kq olduğu halda, 1 iyulda 2.19 manat/kq, 1 noyabr tarixinə 2.33 manat/kq olmuşdur.