4 C
Baku
Wednesday, February 12, 2025

Rusiyadan Azərbaycana daimi yaşamaq icazəsi alıb gələnlər son 11 ilin maksimumuna qalxıb

Keçən il Rusiyadan daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı öncəki illə müqayisədə 44 faiz artıb və bu da son 11 ilin ən yuxarı göstəricisidir.

Banker.az bunu Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.

Bildirilir ki, ötən il ərzində ölkəyə Rusiya Federasiyasından 1235 nəfər şəxs daimi yaşamaq üçün icazə əldə edib. Bu 2022-ci ildəki 859 nəfəri xeyli üstələyib.

Sonuncu dəfə 2023-cü ildəki qeydə alınmış göstəricinin üzərində 2012-ci ildə qeydə alınmışdı. Həmin tarixdə Azərbaycana yaşayış icazəsi almaq üçün gələnlərin sayı 1628 nəfər idi.

Azərbaycandan Rusiyaya daimi yaşayış icazəsi alıb gedənlərin sayı 720 nəfər olub. 2022-ci ildə bu rəqəm 447 nəfər idi.

352353

Son xəbərlər
Digər xəbərlər