Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycanın gömrük sərhədindən bəyan etməməklə keçirməyə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə-Sankt-Peterburq aviareysilə getmək üçün Gəncə Beynəlxalq Hava Limanına gələn Rusiya vətəndaşı Süsən İsmayılova gömrük nəzarətindən keçərkən üzərində olan xarici valyutanı nə yazılı, nə də şifahi şəkildə bəyan edib.
S.İsmayılovanın hərəkətləri şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən saxlanılaraq onun əl çantası yoxlanılıb, eləcə də üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı S. İsmayılovaya məxsus əl çantasının içərisindəki şəxsi əşyaların arasından, onun əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi 67 ədəd – hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 6700 ABŞ dolları aşkar olunub.
Faktla əlaqədar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.
APA-Economic