10 C
Baku
Wednesday, December 11, 2024

Rusiyadan Azərbaycana taxta idxalının qarşısı alınıb

Rusiyanın Komi Respublikası ərazisindən Azərbaycana ümumi həcmi 200 kubmetr taxta materiallarının idxalının qarşısı alınıb.

Buna səbəb, iki məhsul partiyasında karantin həşəratların canlı sürfələrinin aşkarlanması olub. Bu, karantin fitosanitar zonasında karantin obyektləri ilə mübarizə qaydalarının pozulmasından xəbər verir.

Tənzimlənən məhsulların karantin fitosanitar tələblərinə uyğun gəlmədiyi üçün yükgöndərənlərə ixracı üçün fitosanitar sertifikatının verilməsindən imtina edilib.
Tənzimlənən məhsullarla bağlı mülkiyyətçilər tərəfindən karantin fitosanitar tədbirləri tətbiq oluna bilər. Bu tədbirlər sırasına məhsulun ya zərərsizləşdirilməli, ya təkrar emalı və yaxud məhv edilməsi daxildir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər