Azərbaycandakı fiziki şəxslərə xaricdən pul köçürmələrin həcmi 2024-cü ilin ilk rübündə öncəki ildən xeyli zəif olub və buna əsas səbəb şimal qonşu Rusiyadan köçürmələrin kəskin azalmasıdır.
Banker.az xəbər verir ki, 2024-cü ilin birinci rübündə 294.42 milyon ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin analoji dövründə qeydə alınmış 451.54 mln. dollardan 157.13 mln. dollar, yaxud 35% az olması anlamına gəlir.
Ölkədəki fiziki şəxslərə daxil olan pul baratlarının azalmasında Rusiyanın payı əsasdır. Ölkənin yarıdan yuxarı pul baratlarını formalaşdıran Rusiyadan cari ilin ilk rübündə cəmi 155.38 mln. dollarlıq pul köçürmə olub ki, 2023-cü illə müqayisədə 157.25 dollar və ya 50.3% azdır.
Ölkədəki əhaliyə ikinci ən iri pul köçürmələr Türkiyədəndir və bu ölkədən Azərbaycana 39.92 mln. dollarlıq vəsait köçürülüb ki, illik müqayisədə 22% artımdır.
Azərbaycandan xaricə köçürülmüş fiziki şəxslərin pul baratları isə illik müqayisədə 0.91, yaxud 0.7% azalma ilə 131.48 mln. dollara düşüb.