Rusiya Federasiyası hökumətinin qərarına əsasən, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana qeyri-müntəzəm və müntəzəm uçuşlara COVID-19-un yayılması səbəbindən tətbiq edilən məhdudiyyətlər aradan qaldırılır.
Banker.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın açıqlamasında deyilir.
Bundan əvvəl Belarus, Dominikan Respublikası, Misir (Qahirə istisna olmaqla), Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Cənubi Koreya və Kubaya uçuşlar üçün tətbiq edilən COVID-19 məhdudiyyətləri də tam aradan qaldırılıb.
Bu ölkələrə uçuşlar indi yalnız hava nəqliyyatı haqqında hökumətlərarası sazişlərin müddəaları və ölkələrin aviasiya orqanları arasında ayrı-ayrı sazişlər ilə məhdudlaşdırılır.