Rusiyanın Stavropol vilayətində “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərinin bağlanması səbəbindən Ermənistana təbii qaz idxalı xeyli azalıb.
Bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.
“Stavropol diyarında yaranan problem səbəbindən “Şimali Qafqaz – Zaqafqaziya” tranzit magistral qaz kəməri qismən bağlanıb və bununla əlaqədar Ermənistana gündəlik təbii qaz idxalı əhəmiyyətli dərəcədə azalıb”, – məlumatda qeyd olunub.