13 C
Baku
Friday, May 17, 2024

Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti dayandırılıb

Rusiyadan Ermənistana təbii qaz nəqli müvəqqəti olaraq dayandırılıb.

Bu barədə məlumatı “Qazprom-Armeniya” şirkəti yayıb.

Ermənistana qaz nəqli mayın 1-dən mayın 4-nə qədər dayandırılıb. Buna səbəb “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərində aparılan təmir işləri olub.

Qeyd olunub ki, həmin dövr ərzində əhalinin qaza olan tələbatı ölkənin daxili ehtiyatları hesabına qarşılanacaq.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər