Oktyabrın 18-19-da Rusiyadan Ermənistana qaz verilişi təmirlə əlaqədar dayandırılacaq.
“Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri aparılacaq.
Bu müddət ərzində istehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına məhdudiyyətsiz həyata keçiriləcək.
Qeyd edək ki, “Qazprom” Ermənistana təbii qazın yeganə tədarükçüsüdür.