Rusiyadan Ermənistana təbii qaz təchizatı Gürcüstan ərazisində boru xəttində gedən təmir işləri ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.
Bu barədə “Qazprom-Armeniya” QSC məlumat yayıb.
“Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit magistral qaz kəmərinin “Qazax-Saquramo” sahəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 24 iyul saat 07:00-dan 26 iyul saat 19:00-dək Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq”, – deyə məlumatda bildirilir.
Şirkət qeyd edir ki, bu müddət ərzində istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan təchiz olunan əlavə təbii qaz həcmləri hesabına fasiləsiz və etibarlı şəkildə təmin olunacaq.