14 C
Baku
Saturday, November 23, 2024

Rusiyadan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı: “Cavab tədbirləri görəcəyik”

“Finlandiyanın NATO-ya üzv olması Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərməyə bilməz”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Finlandiyanın NATO-ya üzv qəbul olunması ilə əlaqədar olaraq Rusiya təhdidlərin qarşısını almaq məqsədilə hərbi-texniki və digər xarakterli cavab tədbirləri görməyə məcbur olacaq”, – bəyanatda bildirilir.

Rusiya XİN bəyan edib ki, bununla Finlandiya NATO-nun kiçik, qərarlara təsir gücü olmayan dövlətə çevrildi və beynəlxalq məsələlərdə xüsusi çəkisini itirmiş oldu: “Finlandiya NATO-ya üzv olmaqla özünün kimliyindən və müstəqil qərar qəbul etmək qabiliyyətindən tamamilə imtina etmiş oldu”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər