6 C
Baku
Saturday, December 14, 2024

Rusiyadan kapital axını azalıb

Bu ilin yanvar-oktyabr aylarında Rusiyadan kapital axını 31,6 milyard ABŞ dolları təşkil edib. 

Report agentliyi xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azdır. 

Qurum azalmanı ölkənin, o cümlədən yerli bankların borc ödəmələrinin azalması ilə izah edib. 

Mərkəzi Bank ilin sonuna qədər kapital axınının təxminən 40 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. 

Son xəbərlər
Digər xəbərlər