Cari ilin noyabrın 22-də başa çatan həftə ərzində investorlar Rusiya aktivlərinə oriyentasiya olunmuş fondlardan təxminən 71,3 mln. dollar çıxarıb.
Mənbə “Prime” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Emerging Portfolio Fund Research” (EPFR) təşkilatının məlumatlarında bildirilir.
Məlumata əsasən, 1 həftə öncə bu rəqəm 39 mln. dollar təşkil edib. Beləliklə, kapital axını 1,8 artıb.
-APA







