Rusiyadan Azərbaycana idxal Azərbaycandan Rusiyaya ixracdan 3 dəfəyə yaxın çoxdur.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-fevral dövründə Rusiyadan idxalın dəyəri 243 milyon 443 min dollar təşkil edib. Eyni dövrdə Azərbaycandan Rusiyaya ixracın dəyəri isə 89 milyon 118 min dollar olub.
2020-ci ilin ilk 2 ayında Rusiyadan idxal 255 milyon 598 min dollar, Rusiyaya ixrac isə 91 milyon 525 min dollar təşkil etmişdi.