Rusiyadan Azərbaycana stikerli məhsulların ixracı üçün keçid müddəti 2024-cü il dekabrın 31-dək uzadılıb.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında bildirilir.
“Rosselxoznadzor” etiketində Azərbaycan dilinə tərcüməsi olmayan məhsulların Azərbaycana keçid müddətinin 2024-cü il dekabrın 31-dək uzadılması barədə məlumat verir. Bu barədə qərarı Respublika Qida Təhlükəsizliyi Agentliyi verib”, – qurumun açıqlamasında bildirilib.
Qeyd edilib ki, amma bu halda mallar məlumatın Azərbaycan dilinə tərcüməsi olan stikerlərlə müşayiət olunmaqla idxal edilməlidir.
Bu müddət sonuncu dəfə 2024-cü il iyulun 1-dək uzadılıb.