16 C
Baku
Tuesday, April 16, 2024

Rusiyadan xalis kapital axını bu il 70%-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Rusiyadan xalis kapital axını ötən ilin eyni dövründəki 26,4 mlrd. ABŞ dollarına qarşı 44,4 mlrd. dollar təşkil edib. Göründüyü kimi, artım 18 mln. dollar və ya 68,2% təşkil edib.

Bu barədə Rusiya Mərkəzi Bankının hesabatında deyilir.

“Bu ilin 10 ayında özəl sektorda maliyyə əməliyyatlarının saldosu bir il əvvəlki 26,4 mlrd. dollara qarşı 44,4 mlrd. dollar təşkil edib”, – hesabatda qeyd olunub.

Bank öhdəliklərindəki azalmanın əsas rol oynadığı ötənilki vəziyyətdən fərqli olaraq, 2020-ci ilin yanvar-oktyabr aylarında digər sektorların qeyri-rezidentlərinə borcların azalması səbəbindən göstərici də formalaşıb, deyə tənzimləyici izah edir.

Son xəbərlər
Digər xəbərlər