Rusiyalı Azərbaycana qanunsuz taxta-şalban göndərmək istədi

Rusiyanın Tomsk bölgəsinin hüquq-mühafizə orqanlarında qaçaqmalçılıqda şübhəli bilinən yerli iş adamına qarşı cinayət işi başlanılıb.

Banker.az bu barədə oxu.az-a istinadən xəbər verir.

Həmin iş adamı saxta sənədlərlə Azərbaycan və Özbəkistana 10 min kubmetr həcmində taxta-şalban göndərmək istəyib. Qaçaqmalın ümumi dəyərinin 40 milyon rubl (təxminən bir milyon manat) olduğu bildirilib.

Faktla bağlı araşdırmalar başlanılıb. Əməli sübuta yetirilərsə, həmin şəxsi yeddi ilədək həbs cəzası gözləyir.