25 C
Baku
Saturday, July 27, 2024

Rusiyalı diplomat Rumıniyadan qovuldu

Rumıniya Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşını persona non-qrata elan edərək ölkədən qovub.

Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərarin qəbul edilməsinə səbəb kimi 1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əməl edilməməsi göstərilir.

Bundan əvvəl Rumıniya 10 rus diplomatını ölkədən çıxarmışdı.

Rusiyalı diplomatın konvensiyanın hansı maddəsini pozduğu və digər detallar açıqlanmayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər