ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov Qarabağ nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün Cenevrəyə gedib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bundan əvvəl həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə oktyabrın 29-da Cenevrədə görüşəcəyi bildirilmişdi.
Məlumata görə, iclas oktyabrın 30-na təxirə salınıb.