25 C
Baku
Friday, May 24, 2024

Rusiyalı hakerlər “JP Morgan”ın işini iflic ediblər

Rusiyalı hakerlər ABŞ-ın ən böyük bankı – “JP Morgan”ın işini iflic ediblər.

Məlumatı “Mash” yayıb.

Bildirilib ki, bütün rəqəmsal iqtisadi sistem zədələnib. Müştərilər öz aktivlərini sata, pul vəsaitlərinin hərəkətinə nəzarət, bank əməliyyatlarını idarə, ödəniş əməliyyatlarını koordinasiya edə, hətta onlayn hesablarına daxil ola bilmirlər. Bank işçiləri isə müştəri qərarları, ödəniş əməliyyatlarının təsdiqi və bir sıra platformalar haqqında məlumatlardan məhrum olublar.

Vurğulanıb ki, dünyada xəzinədarlıq və investisiya mütəxəssislərinə lazım olan “JP Morgan ACCESS”in xidmətindən də istifadəçilər məhrum olublar.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər