4 C
Baku
Sunday, March 3, 2024

Rusiyalı iş adamı beynəlxalq axtarışa verilib

Rusiyalı iş adamı və ictimai xadim Boris Zimin beynəlxalq axtarışa verilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, dələduzluqda və xarici agent olmaqda ittiham edilir.

İş adamı haqqında qiyabi həbs qərarı çıxarılıb.

Xatırladaq ki, B.Zimin 1968-ci il noyabrın 24-də anadan olub. O, 2014-cü ildə Sreda Fondunu təsis edib. İş adamının həmçinin bir sıra media orqanlarını, o cümlədən “Dojd” telekanalını,”TV 2″ni, “Mediazona” internet kanalını maliyyələşdirdiyi ehtimal olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər