1 C
Baku
Saturday, December 14, 2024

Rusiyalı milyarder: “Rusiyanı ən azı üç il ağır böhran gözləyir”

“Ukraynada baş verən hadisələrə görə Rusiyanı ən azı üç il ağır böhran gözləyir”.

Bu proqnozu rusiyalı iş adamı, milyarder, “Bazovıy Element”, “Rusal” və “En+Group” şirkətlərinin rəhbəri Oleq Deripaska çıxış edib.

“Mən bunu başqalarından daha yaxşı başa düşürəm. İnsanlar soruşurlar: “Dəmir Pərdə”ni endirəcəklər, ya yox? Məsələ ondadır ki, “Dəmir Pərdə” artıq endirilib. Ölkəni ən azı üç il ağır böhran gözləyir. 1998-ci il böhranını azı üçə vurun”, – deyə o, Krasnoyarsk İqtisadi Forumunda çıxış edərkən bildirib.

“Bu pərdəni yenidən açmaq lazım gələcək. Birinci addım sülhdür. İkinci addım harada, necə, hansı şəraitdə yaşadığımızı, kimin nəyi əmr etdiyini, hansı riskləri daşıdığını vicdanla müzakirə etməkdir, əlbəttə ki, əhalinin rifahını qaldırmaq da vacibdir. Mən şiddətli maliyyə təzyiqinin əleyhinəyəm, onun (əhalinin) heç bir günahı yoxdur”, – Deripaska bildirib.

O, izah edib ki, üç həftədən sonra sanksiyalar nəticəsində Rusiya dövlət banklarına nə kimi zərərin dəydiyi bəlli olacaq.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər