9 C
Baku
Sunday, November 17, 2024

Rusiyalı milyarder vətəndaşlıqdan imtina edib

Rusiyalı iş adamı və investor, “DST” Global İnvestisiya Fondunun sahibi Yuri Milner Rusiya vətəndaşlığından imtina edib.

Bu barədə o, öz tviter hesabında yazıb.

Milnerin sözlərinə görə, o, ailəsi ilə birlikdə 2014-cü ildə Rusiyanı tərk edib.

“Bu yay biz Rusiya vətəndaşlığından çıxmaq prosesini rəsmən başa çatdırdıq”, – iş adamı yazıb.

Qeyd edək ki, Milner bu il Rusiyanın Forbes reytinqində 15-ci yeri tutub. Onun sərvəti 7.3 milyard dollar qiymətləndirilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər