Bu il Rusiyanın ən zəngin 20 iş adamının sərvəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən rusiyalı biznesmenlərə qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalar fonunda 107,6 mlrd. ABŞ dolları azalıb.
İlin əvvəlindən sərvəti ən çox azalmış iş adamlarının siyahısına “Lukoil”un rəhbəri Azərbaycan əsilli Vahid Ələkbərov başçılıq edir. O, ilin əvvəlindən 17,6 mlrd. dollar itirib və hazırda sərvəti 5,21 mlrd. dollar təşkil edir.
“AirBaltic” Rusiyanı tərk edirVergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbə ləğv edilib
BBI-ya görə, ikinci pillədə “Sibur”(neft-kimya şirkəti) və “Novatek” (qaz şirkəti) şirkətlərinin Direktorlar Şurasının üzvü Gennadi Timçenko qərarlaşıb. Onun sərvəti bu il 12,9 mlrd. dollar azalaraq 9,53 mlrd. dollara enib. “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson isə üçüncü ən çox itirən rusiyalı milyarder olub. O, illin əvvəlindən 12,3 mlrd. dollar itirib və sərvəti hazırda 20,1 mlrd. dollar təşkil edir.
Qeyd edək ki, sıyahiya daxil olmayan yalnız bir rusiyalı milyarder – “EuroChem” şirkətinin təsisçisi və əsas benefisiarı Andrey Melniçenko itkiyə məruz qalmayıb. Avropa İttifaqının sanksiyaları altında olmasına baxmayaraq onun sərvəti ilin əvvəlindən 3,91 mlrd. dollar artaraq 21,4 mlrd. dollara çatıb.
Bu il sərvəti ən çox azalan on rusiyalı milyarderin siyahısı