Yerli milyarderlərin ümumi sərvəti bu ilin birinci yarısında 28.749 milyard dollar artıb. Ən böyük gəlir Andrey Melniçenko əldə edib – onun sərvəti 5.76 milyard dollar artaraq 24,6 milyard dollara çatıb.
“Bloomberg Billionaires Index”də dünyanın 500 ən varlı adamı yer alıb ki, onların da 25 nəfəri (5%) Rusiya vətəndaşıdır. Rusiyalı milyarderlərin ümumi sərvəti hazırda təxminən 355 milyard dollardır.
Ən zəngin Rusiya milyarderi “Norilsk Nikel”in sahiblərindən biri Vladimir Potanindir (32 milyard dollar). İkinci yeri “Lukoil”in ortaq sahibi Vahid Ələkbərov tutur (28.2 milyard dollar). Üçüncü yerdə Vladimir Lisin (27.2 milyard dollar) qərarlaşıb.