7 C
Baku
Sunday, December 15, 2024

Rusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən $38.6 mlrd. artıb

Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 38.575 milyard dollar artıb, ən böyük artımı isə kapitalı 24.5 milyard dollara çatan “Lukoil” şirkətinin ortaq sahibi Vahid Ələkbərov əldə edib.

Ümumilikdə BBI reytinqinə dünyanın 500 ən varlı adamı daxildir və hazırda 25 Rusiya vətəndaşı o siyahıdadır. Onların ümumi sərvəti dekabrın 1-nə 316.82 milyard dollar təşkil edir.

Rusiya milyarderlərinin ən varlısı “Norilsk Nikel”in əsas sahiblərindən biri olan və ilin əvvəlindən sərvətini 2.11 milyard dollar artıraraq 30.7 milyard dollara çatdıran Vladimir Potanindir. İkinci yeri sərvəti 2.71 milyard dollar artaraq 27.3 milyarda yüksələn “Novatek”in həmsahibi Leonid Mixelson tutur. Vahid Ələkbərov üçüncü yeri qoruyub saxlayır.

Dördüncü yeri hələ də NLMK-nın benefisiarı Vladimir Lisin tutur, ilin əvvəlindən o, sərvətini 3.07 milyard dollar artıraraq 22.9 milyarda çatdırıb. Beşinci yerdə 1.87 milyard dollar varlanan Alişer Usmanov qərarlaşıb, onun sərvəti hazırda 20.3 milyard dəyərində qiymətləndirilir. Altıncı yeri yenidən “Severstal” şirkətinin əsas benefisiarı Aleksey Mordaşov tutub, onun sərvəti ilin əvvəlindən 618 milyon dollar artaraq 19.3 milyarda çatıb.

İlk onluğa həmçinin Andrey Melçenko (17.2 milyard dollar), Mixail Proxorov (15 milyard dollar), Qennadi Timçenko (14.5 milyard dollar) və Mixail Fridman (12 milyard dollar) daxildir.

Son xəbərlər
Digər xəbərlər