8 C
Baku
Sunday, November 17, 2024

Rusiyalılar üçün vizasız ölkələrə biletlərin qiyməti 10 dəfə artıb

Rusiyadan İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan da daxil olmaqla vətəndaşlar üçün vizasız ölkələrdə yaxın tarixlərə aviabiletlərin qiyməti 10 dəfə artıb.

Belə ki, xidmətlərdən birinin məlumatına görə, Təl-Əvivə uçuşun qiyməti 378 min rubldan (10 773 AZN), Dubaya – 373 min rubldan (təxminən 10 630 AZN), Astanaya 134 min rubldan (3 819 AZN) başlayır.

Yaxın tarixlər üçün İstanbula biletlərin qiyməti 100 000 rubla (2 850 AZN), Bakıya – 115 000 rubla (təxminən 3 277 AZN) qədər artıb.

İrəvan və Daşkəndə aviabiletlərin qiyməti daha ucuzdur – müvafiq olaraq 65 min (təxminən 1 852 AZN) və 60 min (1 710 AZN) rubl.

 

 

Son xəbərlər
Digər xəbərlər