10 C
Baku
Friday, December 13, 2024

Rusiyalıların banklara borcu rekord həddə çatıb

Dünya Bankının Rusiya iqtisadiyyatı ilə bağlı açıqladığı hesabata əsasən, bu ölkənin vətəndaşlarının banklara olan borcu rekord həddə çatıb.

Banker.az bildirir ki, bu barədə Rusiya mətbuatı xəbər verir.

Sənədi hazırlayan eksperlər bildirib ki, sözügedən göstərici 2014-cü ilin sonunda qeydə alınmış maksimum həddi də üstələyib.

Maraqlıdır ki, son 10 ildə rusların kredit borclarının strukturu kəskin dəyişib. Qonşu ölkənin vətəndaşları banklara olan borclarında rublun payını 99,3%-ə çatdırıblar. Bundan başqa, bank kreditlərində ipoteka kreditlərinin payı yüksələrək 42,5%-ə çatıb.

Report

Son xəbərlər
Digər xəbərlər