24 C
Baku
Thursday, April 18, 2024

Rusiyanı tərk edən Qərb şirkətlərinin yerini doldururuq – Putin

“Rusiya iqtisadiyyatı Qərb şirkətlərinin ölkəni tərk etməsindən yaranmış boş yeri doldurur”.

Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Müsbət dinamika var, lakin bu tendensiyaları saxlamaq lazımdır. İqtisadi artımın aparıcı amili daxili tələbatın davamlı şəkildə artmasıdır. Rusiya Federasiyasının bütün səviyyələrdəki səlahiyyətli orqanları bürokratik əngəllər və gecikmə olmadan hərəkət etməlidirlər”, – deyə o bildirib.

“Daxili tələbin dinamikası inflyasiya meyarlarına uyğun olmalıdır, onun sürətlənməsinin, və ya həddindən artıq ləngiməsinin qarşısını almaq vacibdir. Rusiya Federasiyasının əsas xarici tərəfdaşları ilə xarici ticarət dövriyyəsinin həcmi artır”, – Putin söyləyib.

Son xəbərlər
Digər xəbərlər