9 C
Baku
Friday, December 13, 2024

Rusiyanı tərk edən şirkətlər 240 mlrd. itirib – Araşdırma

Rusiyanın Strateji Araşdırmalar Mərkəzinin məlumatları göstərib ki, ölkədə fəaliyyətini dayandıran və ya xitam verilən şirkətlər 2022-ci ilin fevralından bu yana 240 milyard dollar itirib. Maliyyə itkilərinin məbləği əsasən biznesin aqibətindən asılıdır.

Rusiyada fəaliyyətini məhdudlaşdıran və ya biznesini bağlayan xarici şirkətlər 2022-ci ilin fevral ayının sonundan bəri 200-240 milyard dollar itiriblər. Araşdırmaya görə, 2022-ci ilin sentyabr ayına Rusiyada fəaliyyət göstərən ən böyük xarici şirkətlərin 34%-i fəaliyyətini məhdudlaşdırıb, 15%-i yerli bölməni yeni menecerlərə ötürməyə qərar verib, 7%-i isə satmadan tamamilə biznesdən çıxıb.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Eyni zamanda, bütün xarici şirkətlər bazarı tərk etmələrinin səbəblərini izah etmirlər, lakin ekspertlərin fikrincə, yarıdan çoxu Rusiyada biznesdə qaldıqları təqdirdə reputasiya risklərini rəhbər tutublar.

Əsasən Finlandiya (80%)Ş Danimarka (73%) və Britaniya (35%) şirkətləri Rusiyanı tərk edib. Daha “praqmatik” Avstriya, Yaponiya və İsveçrə şirkətləri olub – onlar Rusiyanı hələ tərk etməyib. Polşa biznesinin də mövqeyi maraqlıdır, hökumətin Rusiyaya qarşı mənfi münasibətinə baxmayaraq, şirkətlər ölkədə mövcudluğunu qoruyub saxlamaqda davam edir.

Ən böyük itkilər neft-qaz, bank, avtomobil və qida sənayesi, ən kiçik itkilər isə məişət texnikası, mikroelektronika, biznes və İT xidmətləri sahəsində olub.

ABŞ şirkətləri ümumi itkilərin təxminən yarısını – 102 milyard dollar təşkil edib, ikinci yeri Böyük Britaniya (78 milyard dollar), üçüncü yeri isə Almaniya (51 milyard dollar) tutub.

Ən populyar seçim şirkətlərin şəxsi biznesi təmsil edən Rusiya hüquqi şəxslərinə təhvil verilməsi olub.

Son xəbərlər
Digər xəbərlər