Rusiyanı yeni sanksiyalar gözləyir

Rusiyanı yeni sanksiyalar gözləyir.

Banker.az bildirir ki, bu barədə The Telegraph qəzeti yazır.

Bu, rusiyalı keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı Yuliyanın İngiltərənin Solsberi şəhərində “Noviçok” maddəsi ilə zəhərlənmələri ilə bağlıdır.

Avropa Birliyi xarici işlər nazirliyinin artıq bazar ertəsi müvafiq sənəd imzalayacağı gözlənir. Yeni sanksiyalar Rusiya kəşfiyyatının məmurlarını nəzərdə tutur.

Onların bank hesabları dondurulacaq və Avropa Birliyinə buraxılmayacaqlar.

Sanksiya təşəbbüsü Suriya və İngiltərədəki kimyəvi hücumlardan sonra Böyük Britaniya ilə Fransadan gəlib.

Böyük Britaniyanın xarici işlər nazirliyi qeyd edib ki, yeni sanksiyalar kimyəvi silahdan istifadə edən istənilən ölkənin vətəndaşlarına da şamil ediləcək.

London hesab edir ki, Skripal və qızı Yuliyanın zəhərlənməsinə görə birbaşa Rusiya cavabdehlik daşıyır.

Britaniya bu yaxınlarda bəyan edbi ki, bu hücumu qondarılmış Aleksandr Petrov və Ruslan Bashirov adlı adamlar törədiblər.

Araşdırmaçı “Bellingcat” qrupu isə iddia edir ki, onların əsil adları Aleksandr Mişkin və Anatoliy Cepigadır.

Kreml ittihamları rədd edir.

Britaniyanın xüsusi xidməti sentyabrın sonlarında isə Skripalın zəhərlənməsind əli olan 3-cü rusiyalının aşkar edildiyini bəyan edib. Onun Rusiya hərbi kəşfiyyat xidmətinin zabiti olduğu bildirilir.

Məlumata görə, həmin adam həmkarları zəhərli maddəni İngiltərəyə aparmazdan əvvəl Solsberidə olub.

Keçmiş rusiyalı casus Sergey Skripal və Yuliya martın 4-də Solsberidə oturacaqda huşsuz vəziyyətdə tapılmışdılar. Amma uzun müalicə və möcüzə nəticəsində sonda özlərinə gələ bildilər.

©Amerikanın səsi