6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Rusiyanın ən böyük bankı koronavirusa görə kredit ödənişlərində güzəşt edəcək

Rusiyanın ən böyük bankı olan “Sberbank” koronavirusa görə kredit ödənişlərində güzəşt edəcək.

Banker.az xəbər verir ki, bu barədə bankın mesajına istinadən “RBC” məlumat verib.

Qeyd edildiyi kimi, müştərilərə 6 aydan 12 aya qədər güzəşt müddətinin verilməsi nəzərdə tutulur.

Belə güzəşti əldə etmək üçün müştərilər banka bir sıra təsdiqedici sənədlər təqdim etməlidirlər: COVID-19 diaqnozunu təsdiqləyən sənəd, işdən azad olunmanı təsdiqləyən əmək kitabçası və dəyişən şərtlər (iş saatı və ya əmək haqqı) barədə işəgötürəndən rəsmi sənəd. Ərizəçi bankın saytında anket doldurmalı və öz fotoşəklini əlavə etməlidir.

“Müştərilərimizin hansı çətinliklərlə üzləşə biləcəyini başa düşürük. Aydındır ki, onların çoxu bir müddət borc öhdəliklərini yerinə yetirə bilməyəcəklər”, – deyə bankın vitse-prezidenti Maksim Deqtyarev bildirir.

Son xəbərlər
Oxşar xəbərlər