7 C
Baku
Sunday, January 29, 2023

Rusiyanın ən böyük elektron kitab xidməti Azərbaycan bazarına daxil olur

Azərbaycanda Rusiyanın “LitRes” adlı kitab xidmətinin yerli versiyası istifadəyə verilib. Məlumata görə, Azərbaycan dilində olan kontent bütün nəşrlərin 90%-dən çoxunu təşkil edəcək və ümumilikdə “Litres.az” saytında 4 mindən çox elektron kitab təqdim olunacaq.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, şirkət üçün, bu, xarici bazara ilk çıxış deyil – 2019-cu ilin mayında “LitRes” Polşa və Estoniyada fəaliyyətə başlayıb.

“Biz “LitRes”in Azərbaycanda elektron və audio kitablar bazarında ən böyük oyunçulardan biri olacağını planlaşdırırıq. Belə ki, bu bazarda böyük artım potensialını görürük: ölkədə rəqəmsal kitab bazarının potensial imkanları ildə 2-3 milyon dollara çata bilər”, – deyə “LitRes”in baş direktoru Sergey Anuryev deyib.

Məlumat üçün bildirək ki, “LitRes” Azərbaycan bazarına daxil olmamışdan öncə, Azercell şirkəti ilə əməkdaşlıq edib. Belə ki, şirkətin məhsullarını bu mobil operatorun abonentləri müəyyən endirimlə almaq imkanı qazanıblar. Bu əməkdaşlıq çərçivəsində sistemdə olan bütün kitablara giriş deyil, onların bir qismindən abunə çərçivəsində faydalanmaq imkanı yaradılıb.

Son xəbərlər
Digər xəbərlər
X