21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Rusiyanın ən varlı qadınları – SİYAHI

Screen Shot 2021 09 02 at 14.34.20

“Forbes” Rusiyada internet mağaza “Wildberries”in baş direktoru və qurucusu Tatyana Bakalçuku ölkənin ən varlı qadınlarının illik reytinqində yeni lider seçib.

Siyahı qəzetin saytında dərc edilib.

Bildirilir ki, Bakalçukun sərvəti bir il ərzində 1 200 % artıb. Bu göstəriciyə görə o, “Forbes 2021”in reytinqində dünyanın bütün milyarderləri arasında ikinci yeri tutub. Onun sərvəti 13 milyard dollar qiymətləndirilir.

Mikayıl Şişxanovun “Inteko” şirkətinin satışından sərmayəsini artıran “Inteco Management”in keçmiş prezidenti Yelena Baturina ikinci yerdədir. Son bir ildə xarici KİV onun haqqında 1 391 dəfə məqalə yayımlayıb. Baturinanın sərvəti 1,3 milyard dollar dəyərində qiymətləndirilir.

“Çerkizovo”nun baş direktoru Lidia Mixaylova və ailəsi üçüncü, “Lukoyl”un ikinci ən böyük səhmdarı Leonid Fedunun qızı Yekaterina Fedun dördüncü, “Svetofor” şəbəkəsinin ortağı Valentina Şnayder və ailəsi isə siyahıda beşinci yerin sahibi olub.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Oxu.az
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər